• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 22.09.2014 17:10

Şamaxıda dəhşətli qəza hadisəsi baş verib

Gecə saatlarında Şamaxıda da dəhşətli qəza hadisəsi baş verib. Şəki sakininin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Nəticədə 4 nəfər həlak olub.

Bakı-Şamaxı-Yevlax yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Qəza yolun 132-ci km- də Şamaxının Mirikənd kəndi yaxınlığında qeydə alınıb. Şəki şəhər sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsətin idarə etdiyi minik maşını qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Hadisə nəticəsində sürücü Əlövsət İsmayılov və avtomobildəki 3 nəfər sərnişin hadisə yerindəcə dünyasını dəyişib. 

Yük maşınının sürücüsü saxlanılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.