• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 04.07.2015 15:07

Qazaxda yaşayış evi yanıb

Hadisə rayonun Çaylı kəndində Arif Çarçıyevə məxsus evdə baş verib. Yanğının şiddətləndiyini görən qonşular əraziyə Qazax Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını çağrıblar. Yanğın baş verən zaman evdə sahiblərindən heç kim olmayıb. Güclü alov zamanı ümumi sahəsi 140 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 110 kv.m sahəsində yanar konstruksiyalar və ev əşyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib. İlkin etimala görə, yanğına qısqapanma səbəb olub.