• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 22.09.2014 14:49

Şəmkirdə bəzi avtomobillərdən taksi kimi istifadə etməyə icazə verilmir

Şəmkir rayonunda vergiyə cəlb olunan taksilərin sayında artım müşahidə olunur. Bununla yanaşı texniki göstəriciləri günün tələblərinə cavab verməyən avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər qoyulur.

Digər regionlar kimi Şəmkirdə də taksi fəaliyyəti ilə məşğul olan sürücülərin vergiyə cəlb olunmasında müəyyən çətinliklər yaşanır. Dövlət Avtomobil Xidmətinin Şəmkir Regional şöbəsinin rəisi Qafar Qarayevin sözlərinə görə, rayon ərazisində 500-ə yaxın taksi olduğu halda ay ərzində onların maksimum 300-ü fərqlənmə nişanı alır. Şöbə rəisi məhkəmə icraçılarının yazılan cərimələrin ödənilməsini təmin etmədiklərini deyir.

Qafar Qarayev- Dövlət Avtomobil Xidmətinin Şəmkir Regional şöbəsinin rəisi:Sürücülər yazılan cərimələri ödəmədikdə həmin sənədlər yerli məhkəmə icra orqanlarına göndərilir. Lakin təəssüflər olsun ki, Şəmkir və Gədəbəy rayon məhkəmə icra orqanları tərəfindən həmin qərarlara laqeyd münasibət göstərilir. Həmin sürücülər cərimə olunmadığına görə bu sahədə əsaslı dönüş yarada bilmirik”.

Şəmkirdə Sovet istehsalı olan və hazırda taksi xidməti göstərən bəzi avtomobillərə lisenziya verilmir. Buna səbəb həmin nəqliyyat vasitələrinin günün tələblərinə cavab verməməsidir. 

Qafar Qarayev- Dövlət Avtomobil Xidmətinin Şəmkir Regional şöbəsinin rəisi:Hər bir avtomobilin lisenziyalaşdırılması üçün onun texniki şərtlərə cavab verməsi lazımdır. Köhnə Sovet istehsalı olan VAZ və QAZ markalı avtomobillər bütövlükdə həmin qaydalara cavab vermədiyinə görə onlara Nəqliyyat Nazirliyi tərəfindən lisenziya verilmir. Digər ölkələrin istehsalı olan avtomobillərdə eyni ilə yoxlamadan keçirilir”.

Dövlət Avtomobil Xidmətinin Regional Şöbəsi Şəmkir və Gədəbəy rayonlarını əhatə edir.