• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3336
— 03.07.2015 15:07

Gəncədə qayın yeznəni qətlə yetirib

Ötən gün Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə yaşayış massivində qətl hadisəsi baş verib.  Şəhər sakini, 29 yaşlı Rafil Qəhrəmanov 20 yaşlı Sərxan Cəfərovu bıçaqlayıb. Sonuncu döş qəfəsindən vurulan bıçaq zərbəsindən sonra dünyasını dəyişib.Qeyd edək ki, Rafil Qəhrəmanovla Sərxan Cəfərov yeznə-qayındır. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi güman olunur. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.