• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1606
— 22.09.2014 14:46

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının fəaliyyəti dayandırılıb

Təhsil Nazirliyindən məlumat verilib ki, filialın fəaliyyətinin Prezidentin 2014-cü il 9 noyabr  tarixli 284 nömrəli fərmanı ilə “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Prezidentin 2000-ci il tarixli 13 iyun tarixli 349 nömrəli fərmanında edilmiş dəyişikliklərə müvafiq olaraq dayandırıldığı açıqlanıb. Filialda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, müəllimlərin işlə təmin edilməsi imkanlarının araşdırılması və digər təşkilati işlərin yerinə yetirilməsi məqsədi ilə Təhsil Nazirliyi İşçi Komissiyası yaradıb. Bildirilib ki, artıq bütün tələbələr könüllü olaraq seçdikləri digər ali təhsil müəssisələrinə yerləşdirilib və yaxın günlərdə dərslərə başlayacaqlar. Müəllim və digər işçi personalının işlə təmin edilməsi üçün tədbirlər davam etdirilir. Qeyd edilib ki, ali təhsil müəssisəsinin bağlanmasına səbəb filialda aparılan araşdırma zamanı rast gəlinən qanun pozuntuları olub.