• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 792
— 03.07.2015 10:13

Goranboy sakini Gəncədə bıçaq zərbəsinə tuş gəlib

Bu gecə saat 03:20 radələrində Goranboy rayonunun Veyisli kənd sakini 44 yaşlı Səxavət Alıməmmədov üzərində bıçaq yarası olan xəsarətlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər yaralıya dərhal ilkin tibbi yardım göstərərək palataya yerləşdiriblər. Xəstəxanadan verilən məlumata görə, Alıməmmədovun vəziyyəti orta-ağırdır. Səxavət Alımməmədovun Gəncə şəhəri Nizami rayonu ərazisində naməlum şəxs tərəfindən bıçaqlandığı ehtimal olunur. Polis həmin şəxsin müəyyən edilib saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.