• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 22.09.2014 14:45

Azərbaycanda kredit verilişində bir ilk!

Son vaxtlar kredit ödənişlərində problemli kreditlərin sayının artması Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Mərkəzi Hesablama Mərkəzini elektron arayışla kredit verilişini tətbiq etməyə vadar edib. Elektron arayışla kredit əldə etmək bank müştərilərinin vaxta qənaət etməsinə də imkan yaradır. Azərbaycanda bank sahəsində ilk dəfədir ki, atılan bu addım hazırda yalnız Bakıda, banklardan birinin baş ofisində tətbiq edilir. Gələcəkdə isə, sözügedən sistemin regionlarda fəaliyyət göstərən bir neçə bankda da həyata keçirilməsi nəzərdə tutulur.