• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 831
— 02.07.2015 13:49

Tovuzda kartof yığımına başlanılıb

KepezTV Player

İyulun ilk günlərindən Tovuzda kartof yığımına başlanılıb. Yığıma rayonun Alakol, Düzqırıqlı, Əyyublu kəndlərində başlanılıb.

Bu il havaların yağmurlu, qeyri-sabit keçməsi kartofun məhsuldarlığına təsir göstərməyib. Hazırda fermerlər hər hektardan 25-30 ton sağlam məhsul götürdüklərini bildirirlər. Lakin kartof bol olsa da, alıcı qıtlığı, qiymətin ucuz olması kəndlilərin ürəyincə deyil. Sahələrdən toplanan tonlarla məhsul 0.27-0.30 qəpiyə təklif edilir ki, bu da fermerlərə sərf etmir.

Qeyd edək ki, bu il Tovuzda 7 min 668 hektar sahədə kartof əkilib. Hazırda yığım rayonun aran hissəsində aparılır. Nisbətən yüksək ərazilərdə yerləşən kəndlərdə isə məhsulun yetişməsi üçün bir qədər gözləmək lazım gəlir.

Rahim İbrahimoğlu