• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3780
— 22.09.2014 11:42

Kişi voleybolçular arasında keçirilən dünya çempionatına yekun vurulub

Polşada baş tutan mundialın sahibi elə təşkilatçı ölkə olub. Onlar finalda Braziliyaya 3:1 (18:25; 25:22, 25:23, 25:22) hesabı ilə qalib gələrək, “sambaçılar”ın ardıcıl üçüncü dünya çempionluğu (2002, 2006, 2010) seriyasını qırıblar.

Bununla, polşalılar 40 ildən sonra ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Üçüncü yer uğrunda matçda isə Almaniya Fransanı 3:0 (25:21, 26:24, 25:23) hesabı ilə məğlub edib.

Qeyd edək ki, sabah İtaliyada Azərbaycan millisinin də iştirak edəcəyi qadın voleybolçular arasında dünya çempionatı start götürəcək.