• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3378
— 22.09.2014 11:42

"Qarabağ" qələbə qazandı, "Neftçi" xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub. 

Son oyun günündə daha iki qarşılaşma keçirilib.

Son turda "Xəzər Lənkəran"ı məğlub edən "Neftçi" klubu Qəbələyə səfər edib. Qonşu pillələrdə və xalları eyni olan komandaların qarşılaşmasında hesab açılmayıb. Bu, hər iki komandanın cari Premyer Liqada ilk heç-heçəsi olub.

Turun son qarşılaşmasında "Qarabağ" öz meydanında "Simurq"u sınağa çəkib. Azərbaycanın Avropa Liqasındakı yeganə təmsilçisi "Qarabağ" klubu bu görüşdən qələbə ilə ayrılıb – 1:0. 

21 sentyabr (bazar)

Azərbaycan Premyer Liqası, 6-cı tur

20:00. “Qarabağ” – “Simurq”  -1:0 
Qol: Vüqar Nadirov, 65 (1:0)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu.

18:00. “Qəbələ” – “Neftçi” - 0:0 
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu.

20 sentyabr (cümə)

“Xəzər Lənkəran” – “Araz Naxçıvan” - 2:0
Qollar: Qalin İvanov, 73 (1:0), Ağabala Ramazanov, 88 (2:0)
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, Cavanşir Yusifov, Mahir Məmmədov
Lənkəran şəhər stadionu.


“Sumqayıt” – AZAL - 0:1
Qol: Freddi Mombonqo, 24 (0:1) 
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayıt stadionu, süni örtüklü meydança.

 

19 sentyabr

“İnter” – “Bakı” - 7:0 
Qollar: Junior Nildo, 10, 19 (2:0), Arif Daşdəmirov, 30 (3:0), Baçana Sxadadze, 44 (4:0), 48 (5:0), Coşqun Diniyev, 73 (6:0), Nizami Hacıyev, 86 (7:0)
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Akif Əmirəli, Ziya Nəsirov
Bakı. “İnter Arena” stadionu.