• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 26.06.2015 15:03

Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində üzmək təhlükəlidir!

Hər il onlarla insanın boğulma təhlükəsi ilə üzləşdiyi Kür çayının  mühafizə olunmağa ehtiyacı var. Çünki yay mövsümündə sərinləmək üçün bu çaya üz tutanların sayı az deyil. Elə Kürün Samux rayonu ərazisindən keçən hissəsinə isti günlərdə üzmək məqsədilə gələnlər təhlükədən xəbərsizdir. Samux rayon Mədəniyyət və Turizm Şöbəsi əhaliyə xəbərdarlıq edərək bildirib ki, əraziyə istirahətə gələrkən çayda üzməsinlər. Çünki sürətlə axan Kür dərin və mürəkkəb relyefə malikdir.

Xatırladaq ki, ötən il Kürün rayon ərazisində keçən hissəsində bir neçə nəfər boğularaq dünyasını dəyişib, 10-a yaxın insan isə xilas edilib.

Kamil Vəliyev- Samux Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri: "Əgər orda mühafizə zolağı yoxdursa və hər hansı bir qurum oranı qorumursa, orda çimmək qadağandır. Çünki çayda hansısa bədbəxt hadisə baş verəndə heç bir qurum məsuliyyət daşımır. Onu da bildirim ki, Kürün rayon ərazisindən keçən hissəsi rəsmi olaraq idarədə çimərlik kimi qeydə alınmayıb. Ötən il Polis şöbəsindən ərazi üçün patrul ayrılmışdı, bu da təhlükəsizliyə xidmət edirdi".