• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 26.06.2015 14:04

Gəncədəki N saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə bayram tədbiri keçirilib

26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı hərbi hissəsində bayram tədbiri keçirilib. Qərərgah rəisi hərbi hissə komandirinə raport verdikdən sonra dövlət himnimiz səslənib. Ardından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əsgər və zabitlərə təbrik məktubu oxunub. Çıxış edənlər ordumuzun şanlı tarixindən, onun yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Bu gün Azərbaycan Ordusu  böyük quruculuq yolu keçərək öz peşəkarlığını artırıb, maddi-texniki bazası gücləndirilib. Tədbir çərçivəsində nümunəvi xidmətinə görə seçilən bir qrup hərbi qulluqçuya rütbə, fəxri fərman, təşəkkürnamə təqdim olunub. Hərbçilərin tribuna önündən  keçidindən sonra "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının ifasında mahnılar səsləndirilib.