• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 977
— 25.06.2015 15:18

“Azərbaycan Dövlət Aqrar Universitetin professorları” adlı kitabın təqdimatı keçirilib

Nəşrin müəllifi ADAU-nun rektoru İbrahim Cəfərov, redaktoru isə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri Fuad Əliyevdir. Kitabda universitetin yarandığı tarixdən, 1929-cu ildən bəri ali təhsil ocağında çalışan alimlərin fəaliyyətindən bəhs olunub, Azərbaycanda aqrar sahənin inkişafı, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması və digər məlumatlar öz əksini tapıb. Kitabın ərsəyə gəlməsində universitetin arxiv materiallarından və digər mənbələrdən istifadə edilib. Nəşr rus və Azərbaycan dillərində ilkin olaraq 500 nüsxə ilə çap olunub. Bildirilib ki, gələcəkdə kənd təsərrüfatı ensiklopediyasının hazırlanmasında bu kitabdan əsas baza kimi istifadə etmək mümkün olacaq. Tədbirdə şəhər ictimaiyyəti ilə yanaşı, vaxtilə aqrar universitetdə çalışan professorların ailə üzvləri və yaxınları da iştirak ediblər.