• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2596
— 25.06.2015 15:04

Göygöldə idmançı gənclər Avropa Oyunlarını həyəcanla izləyir

Ölkəmizdə Bakı 2015 I Avropa Oyunlarının həyəcanı davam edir. Yarışlar paytaxtda olduğu kimi, regionlarda da böyük maraqla izlənilir. Göygöl sakinləri hər gün yarışları izləmək üçün rayon mərkəzinə toplaşırlar. İlk Avropa Oyunlarının təntənəli açılış mərasimini, eləcə də yarışların gedişini böyük monitor vasitəsilə izləyən göygöllülər, olimpiadanın ölkəmizdə idmanın inkişafına töhfə verəcəyini düşünürlər. Bakı 2015 ilk Avropa Oyunlarından böyük məmnunluq hissi yaşayanlar bu tarixi hadisədən sonra Azərbaycanın dünya idmanındakı mövqeyinin daha da möhkəmlənəcəyinə əmindirlər.