• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 25.06.2015 15:03

Göygöldə ötən il narkotiklə bağlı 4 fakt aşkarlanıb

Göygöl rayonunda "Narkomaniyaya qarşı mübarizə hər bir Azərbaycan vətəndaşının ümdə vəzifəsidir" mövzusunda toplantı keçirilib. Çıxış edənlər narkomaniyanın bəlalarından və onunla mübarizə tədbirlərindən danışıblar. Bildirilib ki, Göygöldə “ağ ölüm”ə yoluxanların sayında azalma müşahidə edilsə də, bəzi kənd və qəsəbələrdə narkotik vasitələrdən istifadə halları hələ də müşahidə olunur. 2014-cü ildə Göygöl polisi narkotik vasitələrin əkib-becərilməsi və satışı ilə bağlı 4 fakt aşkarlanıb. 376 qram narkotik maddə dövriyyədən çıxarılıb. Aqrotexniki qaydada qulluq edilən 24 çətənə kolu aşkarlanıb. Yabanı halda bitmiş 4400 kiloqrama yaxın 14 440 ədəd çətənə kolu yandırılma yolu ilə məhv edilib. Bu istiqamətdə tədbirlər bu il də davam etdirilir. Bu ilin ötən dövrü ərzində narkotik vasitələrin alqı-satqısı ilə bağlı bir fakt aşkarlanıb, 436 qram marixuana dövriyyədən çıxarılıb. Tədbir müzakirələrlə davam etdirilib. Yerli hüquq-mühafizə orqanlarının rəhbərləri vətəndaşların suallarını cavablandırıblar.