• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1840
— 25.06.2015 15:02

Gəncənin daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir

Hazırda daha çox tələbat torpaq sahələrinədir. Bina və həyət evlərinin satışında isə vəziyyət o qədər də ürəkaçan deyil.

Gəncədə fəaliyyət göstərən daşınmaz əmlak agentliklərindən son aylar alıcı qüvvəsinin xeyli azaldığı bildirilir. Əvvəlki illərdə yay aylarında daşınmaz əmlak bazarının canlanması müşahidə edilirdisə, indi durum tam fərqlidir. Manatın dollara nisbətdə ucuzlaşmasından sonra əhalinin alıcılıq qabiliyyəti 70 faiz aşağı düşüb. Daşınmaz əmlakın qiymətləri ilə bağlı vəziyyət isə dəyişilməz olaraq qalıb.

Ramil Qurbanov- rieltor: “Bina evidir, həyət evidir, qiymət əvvəlki kimi qalır, amma alıcı yoxdur. Bir otaqlı mənzil 40-43 min arası dəyişir. Torpaq da, elə yerlər 6000-dir 1 sotu. Şəhərin içərisində bahadır”.

Yay aylarında kirayə mənzillərə tələbat da azalıb.

Ramil Qurbanov- rieltor: “Kirayə də çox zəifdir. Kirayə də 500 manatdan başlayır, otaq sayına və rahatlığına görə”.

Daşınmaz əmlak agentliklərindən bildirirlər ki, müşahidə edilən durğunluğun qarşıdakı aylarda da davam etməsi mümkündür.

Vüsalə Camal