• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 25.06.2015 12:20

Göygöldə ön cəbhədə yerləşən N saylı hərbi hissədə bayram tədbiri keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Göygöldə ön cəbhədə yerləşən N saylı hərbi hissəsində bayram tədbiri keçirilib. Çıxış edənlər əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, ordumuzun yaranma tarixindən danışıblar. Həmçinin ulu öndərin Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması istiqamətində atdığı önəmli addımlardan bəhs edilib. Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən güclü müdafiə potensialı olan, böyük hərbi bazaya malik orduya çevrilib. Tədbirin davamında respublikanın tanınmış incəsənət xadimləri - Xalq artisti Azərin, eləcə də tanınmış müğənni İlqar Muradov və  “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin yarımfinalçıları konsert proqramı ilə çıxış ediblər. Gəncə Qarnizonu Zabitlər Evinin “Şən Azərbaycan” rəqs ansamblının üzvlərinin əsgərlərlə birlikdə rəqsi alqışlarla qarşılanıb.