• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 24.06.2015 15:53

2015-ci ilin I rübündə Gəncə şəhərinə 594 ipoteka verilib

2015-ci ilin I rübündə Azərbaycan İpoteka Fondunun xətti ilə verilən ipoteka kreditinin məbləği 15 mln. 378 min 630 manat təşkil edib. Gəncə şəhərinə 594 olmaqla, ümumilikdə qərb bölgəsinin 11 şəhər və rayonu üzrə 671 ipoteka verilib. İpoteka krediti verilişi ötən ilin müvafiq dövrü ilə müqayisədə az olub. Əhalinin ipotekaya əlçatanlığını təmin etmək, mövcud şərtlərin yumşaldılması üçün Nazirlər Kabineti Mərkəzi Bank və Maliyyə Nazirliyinə konkret təkliflərini hazırlamağı tapşırıb.