• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 24.06.2015 15:26

Daşkəsən rayon avtovağzalı üçün yeni mikroavtobuslar alınacaq

Daşkəsən rayon avtovağzalından əhalinin mənzil başına rahat çatmasını təmin etmək  üçün 20 ədəd yeni mikroavtobuslar alınacaq. Təlabata uyğun olaraq, rayonun daxilində 2 yeni marşrut xətti də açılıb.

Ötən ilin oktyabr ayında ölkə başçısı İlham Əliyevin açılışını etdiyi avtovağzal bu gün tam gücü ilə fəaliyyət göstərir. Ümumi sahəsi 50 sot olan avtovağzalda sərnişinlərin gözləmə zalı, ana-uşaq otağı var. Gün ərzində avtovağzaldan Daşkasən-Bakı və Daşkəsən-Gəncə daxil olmaqla 11 marşrut xətti üzrə müxtəlif istiqamətlərə mikroavtobuslar hərəkət edir. Tezliklə Lənkəran, Mingəçevir, Qazax, Gədəbəy, Xoşbulaq və Qabaqtəpə istiqamətlərinə də  yeni xəttlər açılacaq. Bundan başqa, avtovağzala 5 “Mercedes” markalı yeni mikroavtobuslar gətirilib və bu işlər davamlı olacaq.

Şöhrət İmanov- Daşkasan avtovağzalın müdiri: “Nəzərdə tutmuşuq ki, yeni mikroavtobuslar gətirilsin. Əhalinin rahatçılığını təmin etmək üçün tez bir zamanda bunu etmək fikrimiz var. 10 ədəd mikroavtobusu gətirəcəyik, əlavə olaraq ondan sonra 10 ədədini də gətirəcəyik. Bu marşurutları gətirsək əhaliyə yüksək səviyyədə xidmət olunacaq”.

Bildirək ki, gün ərzində Daşkəsən avtovağzalından 400-ə yaxın sərnişin istifadə edir. Yeni açılacaq marşrut xəttlərindən sonra bu rəqəm artacaq.

Elnur Vahidoğlu