• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2191
— 24.06.2015 15:54

Gəncə şəhərində “Şagird Parlamenti” təşkilatı yaradılıb

Gəncənin 44 ümumtəhsil məktəbində 3 ilə yaxındır ki, "Şagird parlamentləri" fəaliyyət göstərir. Bu ilin fevral ayından isə parlamentlərin şəhər üzrə nümayəndəliyi öz işinə başlayıb. Təhsil İdarəsinin nəzdində yaradılan "Şagird Parlamenti" təşkilatı bir sıra İctimai Birliklərlə əməkdaşlıq edir, şəhərdə təşkil olunan layihələrdə fəallıq nümayiş etdirir. 

Orta təhsil müəssisələrində olan Şagird parlamentlərinin tərkibi 1 sədr, 7 idarə heyəti olmaqla ümumilikdə 23 üzvdən ibarətdir. Məktəb rəhbərliyi ilə sıx əməkdaşlıq edən parlamentin üzvləri bilik yarışları və fənn gecələri təşkil edir.

Valeh Əsədov- Gəncə şəhər "Şagird parlamenti"nin sədri: “Şagird parlamentinin yaradılmasında məqsəd məktəblilərin milli, vətənpərvər ruhda yetişdiriliməsi, onlarda dinləmə bacarığı və liderlik xüsusiyyətlərinin formalaşdırılmasından ibarətdir”.

Şagird parlamentində "Elm və təhsil", "Hərbi vətənpərvərlik və İdman", "Mətbuat və İnformasiya", "Mədəniyyət və Turizm", "Təftiş və İntizam" komitələri fəaliyyət göstərir.

Valeh Əsədov- Gəncə şəhər "Şagird parlamenti"nin sədri: "Hərbi vətənpərvərlik və İdman" komitəsinin işi nədən ibarətdir? Gəncə şəhərində yerləşən hərbi hissələrə gedirik. Biz dəfələrlə o hərbi hissələrdə olmuşuq, əsgərlərimizə yaradılan şəraitlə tanış olmuşuq. "Hərbi vətənpərvərlik və İdman" komitəsinin digər bir işi isə məktəbdaxili və məktəbxarici idman yarışlarında bacarıqlı uşaqların iştirakını təmin etməkdir".

"Təftiş və İntizam" komitəsi isə maairfləndirmə işləri və viktorinalarla məktəbə formasız gələn şagirlərdlə mübarizə aparır.

Qeyd edək ki, parlament 5 ay ərzində 15-ə yaxın layihə həyata keçirib.

Gülnar Fazilqızı