• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 24.06.2015 14:08

Gəncə Dövlət Dram Teatrında “Dəli Domrul” tamaşasının masaarxası məşqlərinə başlanılıb

Gəncə Dövlət Dram Teatrında nasir, dramaturq Altay  Məmmədovun  “Kitabi - Dədə Qorqud”un motivləri əsasında səhnələşdirilən “Dəli Domrul” tamaşasının masaarxası məşqlərinə başlanılıb. Xronometrajı 2 saat olan səhnə əsərində 16 nəfər rol alıb. Tamaşada xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Elxan Abbasov, Novruz Cəfərov, Məmmədəli Balayev və başqaları iştirak edir. Quruluşçu rejissoru əməkdar artist Telman Əliyev, quruluşçu rəssamı Elnur Axundov olan səhnə əsəri 15 sentyabrda tamaşaçıların ixtiyarına veriləcək.

Telman Əliyev- quruluşçu rejissor: “Ömrü boyu mənim üçün doğma olan bu divarlar, bu teatr bu gün məni rejissor kimi qarşılıyır. Mən bura əliboş gəlməmişəm. Çox fikirləşəndən sonra belə qərara gəldik ki, Altay  Məmmədovun dramaturgiyasına müraciət edək. Çünki, onun bu yaxınlarda 85 illiyi qeyd olunacaq”.