• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 24.06.2015 14:35

Gəncə universitetlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya Universitetlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 97 illiyi münasibətilə tədbir keçirilib.

ADAU-da təşkil olunan tədbirdə bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri çətin, əzablı, amma olduqca şərəfli inkişaf yolu keçib. Dövlətin diqqət və qayğısı nəticəsində bu gün Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevirilib. Azərbaycan Ordusu ən müasir silah və hərbi texnikalarla təchiz olunub. Tədbir universitet tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiyalar və konsert proqramı ilə davam edib.

İbrahim Cəfərov- ADAU-nun rektoru: "Hərbi ekspertlərin dediyinə görə, Azərbaycan ordusu bu gün o qədər güclüdür ki, Ermənistanı yer üzərindən silmək üçün ona 2 saat vaxt lazımdır. Bu bizə qürur verir. Bizi daha da gücləndirir. Ordunun güclü olması, xalq və Ali baş Komandanın bir yerdə olmasından keçir".

AzTU-da təşkil olunan tədbirdə çıxış edənlər də Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən geniş söhbət açıblar. Vurğulanıb ki, bu gün Azərbaycan ordusu ən müasir silah və hərbi texnikalarla təchiz olunub. Tədbirdə iştirak edən N saylı hərbi hissənin heyəti Ali Baş Komandanın əmri ilə işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduqlarını bildiriblər.

Rövşən Əliyev -AzTU-nun tədris işləri üzrə prorektoru: "İlk dəfə olaraq, bizim 26 iyun tədbirimiz hərbiçilərin iştirakı ilə baş tutdu. Bizim yaxın günlərdə hərbi xidmətə yola salınacaq olan məzunlarımızda da ruh yüksəkliyi böyükdür. Onlar gördülər ki, bizim necə hərbiçilərimiz var".

Tədbir universitet tələbələrinin, idmançıların və hərbi orkestrin çıxışları ilə davam edib və Daxili Qoşunların nümunəvi çıxışları ilə yekunlaşıb.

Gülnar Fazilqızı