• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1734
— 24.06.2015 13:34

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qazaxda vətəndaşları qəbul edib

Qəbula gələn Tovuz, Ağstafa və Qazax sakinlərinin müraciətləri əsasən gömrük rəsmiləşdirilməsi, sərhəddə fiziki şəxslərin əl yükləri və baqajların keçirilməsi qaydaları, gömrük orqanlarında xidmət və işə qəbulla bağlı olub. Vətəndaşların müraciətlərinin bir neçəsi yerindəcə həll olunub, araşdırılması tələb olunan məsələlər isə icraata götürülüb. Dövlət Gömrük Komitəsinin sədri Bakıda iş adamları ilə keçirilən görüş barədə də məlumat verib.