• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 23.06.2015 17:34

Daşkəsəndə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüş keçirilib

Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüb. Qeyd olunub ki, bu gün Azərbaycan milli ordusu dünyanın ən güclü ordularından biridir. Hərbi hissələrimiz ən son texnologiyalarla təchiz olunub, gənclərin hərbi xidmətlərinin standartlara uyğun keçməsi üçün hər cür şərait yaradılıb. Bayram tədbirində xidmətdə fərqlənən bir qrup əsgər və zabitə qiymətli xatirə hədiyyələri təqdim olunub. Tədbir rayon mədəniyyət işçilərinin geniş konsert proqramı ilə davam edib.