• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4791
— 23.06.2015 15:23

Göygöldə dövlət qulluqçuları peşə bayramlarını qeyd edib

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi öününə gül dəstələri düzüblər. Tədbirdə çıxış edənlər artıq 9 ildir qeyd olunan peşə bayramının əhəmiyyətindən danışıblar. Bildirilib ki, Bu müddət ərzində ölkədə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı islahatlar aparılıb, inzibati sistemin tənzimlənməsinə dair kifayət qədər qanunlar qəbul olunub, dövlət rəhbəri tərəfindən fərman və sərəncamlar imzalanıb, dövlət qulluğunun normativ hüquqi bazası yaradılıb. Hazırda rayonda 150-dən çox dövlət qulluqçusu çalışır. Onlardan 4 nəfəri dövlət qulluğunda səmərəli fəaliyyətinə görə orden və medallarla təltif olunub. Bu il isə ölkə preizdentinin sərəncamı ilə daha bir nəfər - Aşıqlı kənd icra nümayədəsi Qubad Əliyev medalla mükafatlandırılıb. Tədbirdə rayonun ictimai, siyasi və mədəni həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.