• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4791
— 23.06.2015 15:22

Goranboy rayonunun 8 kəndinə qaz xətti çəkilir

İşlər qış mövsümü başlayana kimi başa çatacaq.Goranboy rayonunun Sarov kəndində 240 ailə yaşayır. Burada heç vaxt mavi yanacaq olmayıb. Hazırda bu problemi aradan qaldırmaq üçün kəndə yeni qaz xətti çəkilir.

İşlərə iyunun 15-dən başlanılıb. Kənddə 4 briqada çalışır və diametri 57 mm olan 5 min metr uzunluğunda boru xətti çəkilib. Qaz xətlərinin çəkilməsi bu ayın sonunda yekunlaşacaq. Ardınca mənzillərdə qaz sayğacları quraşdırılacaq. Mavi yanacağın çəkilməsi paralel olaraq rayonun digər 7 kəndində də aparılır. 

Fəqani Əhmədov- Gəncə Regional Qaz İstismar İdarəsinin təmir tikinti şöbəsinin mühəndisi: “Goranboy rayonunun Baxçakürd, Azad, Dəyirmanlar, Yolğullar, Səmədabad, Əzizbəyov, Qara Musalı kəndlərində qazlaşma işləri aparılır. Yolğullar kəndində 183 ədəd sayğac qurulub bütün daxili qaz xətləri çəkilmiş, hazırda son tamamlama işləri aparılır. Azad, Dəyirmanlar, Səmədabad kəndlərində kənd daxili qaz xətləri çəkilib qurtarıb, qısa müddətdə sayğac quraşdırma işlərinə başlanılacaqdı. Qaramusalı kəndi üzrə 20 km-lik daşıyıcı polietilen boru ilə Baxçakürd istiqamətində qaz xətti çəkilir”.

Sarov kəndinə də birpilləli sistem üzrə mavi yanacağın çəkilməsi bir sıra problemlərin həllinə imkan yaradır.

Hafiz İsayev- kənd sakini: “Qaz problemi bizdə çox dəhşətli dərəcədə ağır idi. Meşədən odun qırırdıq, özümüzün meyvə ağaclarını kəsirdik, hisə batırdıq. Bu həm bizim büdcəmizə, ekologiyamıza ziyan vururdu. İndi qaz çəkilir”.

Firdovsi Əliyev- kənd sakini: “Tarixən bizdə qaz olmayıb. Meyvə ağaclarını qışda kəsirdik, odun alırdıq bu problemlər çox idi. Bizə qaz çəkilir. Bunun özü gözəllikdi və minnətdarlıq edirik”.

Goranboyun 78 kəndindən 56-sı mavi yanacaqla təmin edilib. Nəticədə rayon üzrə abonentlərin sayı 17 min 399-a yüksəlib.

Elnur Vahidoğlu