• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3433
— 23.06.2015 12:14

Tovuzda çəyirtkələrə qarşı mübarizə tədbirlərinə başlanılıb

Məhsul yığımı ərəfəsində taxıl, ot və digər bitkilərə zərər vuran ziyanvericilərdən biri də çəyirtkələrdir. Buna qarşı Tovuzda kimyəvi mübarizə tədbirlərinə başlanılıb.

Rayon ərazisində ümumilikdə 400 hektardan çox sahədə dərmanlama işi aparılıb. Məqsəd zərərvericilərin taxıl və otlaq sahələrinə, həmçinin meyvə bağlarına və digər yaşıllıqlara vura biləcəyi ziyanın qarşısını vaxtında almaqdır. Çəyirtkələrin regiona əsasən Ermənistan və Gürcüstan ərazisindən miqrasiya etdiyi bildirilir. Dərmanlama tədbirləri Tovuz rayon Bitki Mühafizəsi Mərkəzinin və Bitki Karantini Məntəqəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, hazırda rayon ərazisində bu zərərvericilərin əsasən 5 növünə - “italiya”, “mərakeş”, “şala”, “sizək” və yerli çəyirtkələrə rast gəlinir. Onların qısa müddətdə yaşıllıqları məhv etmək gücündə olduğu bildirilir.

Rahim İbrahimoğlu