• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 22.06.2015 16:17

Gəncə bu ilin Avropa Gənclər Paytaxtı olan Rumıniyanın Kluj-napoka şəhərinin layihəsinə qoşulub

2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilən Gəncə bu ilin Avropa Gənclər Paytaxtı olan Rumıniyanın Kluj-napoka şəhərinin layihəsinə qoşulub. Artıq bir neçə ildir "Kluj heç vaxt yatmır” adı altında təşkil olunan layihə ilin ən qısa gecəsində həyata keçirilir. Layihəyə əsasən "Gəncə Avropa Gənclər Paytaxtı - 2016"  İctimai Birliyinin könüllüləri ilə görüş təşkil edilib. Görüş çərçivəsində Rumıniyanın Kluj-napoka şəhərində yaşayan gənclərlə “Skype” vasitəsi ilə əlaqə yaradılıb. Rumıniyalı gənclərin Kluj şəhəri və Gəncəyə dəstək məqsədi ilə hazırladıqları videoçarxlar nümayiş olunub.