• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3770
— 22.06.2015 15:47

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri Hacıkənd meşəsində istirahət edən insanlarla maarifləndirici söhbətlər aparır

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri Hacıkənd meşəsində olan istirahət obyektlərində yoxlamalar aparıb, maarifləndirici söhbətlər edib. Bu cür tədbirlər yay fəsli başa çatana kimi davam edəcək.

Havalar isindikcə insanlar sərinləmək üçün ən çox təbiət qoynunda, meşə sahələrinə yaxın ərazilərdə yaradılan istirahət məkanlarına üz tuturlar. Belə olan halda yanğın təhlükəsizliyi qaydalarına əməl emək və ərazini tullantılarla zibilləməmək lazımdır. Bunu nəzərə alan Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri Hacıkənd meşəsində olan istirahət obyektlərində yoxlamalara başlayıb, obyekt sahibləri ilə maarifləndirici söhbətlər aparırlaer. Burada obyekt sahiblərinə yanğın şitlərini daima nəzarətdə saxlamaq, elektrik naqillərinin sazlığını yoxlamaq,  eləcə də ərazinin zibillənməməsi, ağacların kəsilməməsi, sıx yerlərdə ocağın yandırılmaması, yandırılan ocağın tam söndürülməsi izah edilib.

Aslan Vəliyev- Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru: “Bu gün biz məsuliyyəti ilə qeyd edə bilərik ki, Göygöl rayon inzibati ərazisində yerləşən meşə massivlərində qanun pozuntularının miqyası azalan xətt üzrə inkişaf edir. Əhali arasında məsuliyyətsizlik dərəcəsinin azalmasına nail olmuşuq. Əvvəllər, 3-5 il bundan qabaq Toğananın içərisində və ətrafındakı meşələrdə 300-dən artıq kömür quyuları var idi. Dünən orada yoxlama aparmışıq 3-4 kömür quyusu aşkar etmişik. Onun da sahiblərini müəyyən etməyə çalışırıq. Mən rəqəmlərin 300-dən 3-4-ə düşməyini nailiyyət hesab edirəm”.

Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 12 min hektar meşəyə xidmət edir. Ərazidə isə əhalinin istirahət etməsi üçün 36 obyekt fəaliyyət göstərir.

Meşədə əhaliyə xidmət göstərmək üçün obyekt açmaq istəyən sahibkar meşə məcəlləsinin 63-cü maddəsinə görə müqavilə bağlamalıdır. Əgər müqavilənin şərtlərini pozarsa həmin sahibkara cərimələr tətbiq olunur.

Elnur Vahidoğlu