• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3497
— 22.06.2015 16:08

Gəncə Şəhər Məşğulluq Mərkəzi bu il ərzində 40 nəfər işsiz vətəndaşı peşə hazırlığı kurslarına cəlb edib

Gəncə Şəhər Məşğulluq Mərkəzi tərəfindən bu ilin 5 ayı ərzində 40 nəfər işsiz vətəndaş peşə hazırlığı kurslarına, 30 nəfər isə ictimai işlərə cəlb olunub. Peşə hazırlığı kurslarına cəlb edilən vətəndaşlardan 20-i satıcı, nəzarətçi, 20 nəfəri isə dərzi kurslarına göndərilib. Ötən il mərkəz tərəfindən kurslara 80 nəfər göndərilib ki, onlardan da 60 nəfəri daimi işlə təmin olunub.

Qeyd edək ki, bu il Gəncədə respublikada sayca 4-cü olan Peşə Tədris Mərkəzi istifadəyə veriləcək. Mərkəzdə müasir əmək bazarının tələblərinə uyğun olaraq 40-dan artıq peşə tədris olunacaq.