• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2328
— 22.06.2015 13:41

Gəncənin mədəniyyət işçiləri Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı tədbirlərə hazırlaşırlar

26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı Gəncənin mədəniyyət işçilərinin iştirakı ilə hərbi hissələrdə tədbirlər təşkil olunacaq, konsert proqramları keçiriləcək. Tədbirlərin müxtəlif şəhər və rayonlarda yerləşən hərbi hissələrdə təşkili nəzərdə tutulur. "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi əsgərləri biri-birindən maraqlı mahnı və rəqslərlə təbrik edəcək. Hazırda məşqlər gedir.