• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 914
— 22.06.2015 13:38

Qazaxın “Yeni Qobustan”ı...

Hündür qayalıqlar, mağaralar, su çuxurları... Bunlar Qazaxda yerləşən, sakinlərin "Yeni Qobustan" adlandırdığı ərazidə yerləşir. Qədim insan məskəni haqqında növbəti materialımızda daha yaxından tanış olacaqsınız.  

Müxtəlif görünüşlü hündür qayalıqlar Qazax rayonunun Dəmirçilər kəndinin ərazisindədir. Qədim yaşayış məskənini el arasında həm “Yeni Qobustan”, həm də "Cüyür enən" adlandırırlar. Səbəb kimi illər öncə ceyran və cüyürlərin bu məkandan su içməsi, bura toplaşması göstərilir. Ərazidə olan mağaralar, insanların su toplayıb saxladığı yerlər Dəmirçilər kəndindəki qayalıqların tədqiq edilməsinə ehtiyac olduğunu üzə çıxarır.

Hündür qayalardan bir qədər kənarda yerləşən daş parçası isə qaval daşını xatırladır.

Qayalıqların Dəmirçilər kəndindən xeyli uzaqlıqda yerləşməsinə baxmayaraq, ətraf rayonlardan bu qədim insan məskənini  görməyə gələnlər də olur.

Rahim İbrahimoğlu