• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 20.06.2015 16:07

Gəncədə yeni işıq dirəklərinin quraşdırılması işləri davam etdirilir

Gəncənin küçə və prospektlərinin gecə işıqlandırılmasının təmin edilməsi məqsədilə yeni işıq dirəklərinin quraşdırılması, köhnələrinin əvəzlənməsi prosesi davam etdirilir. Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi İsmayıl Daşdəmirov bildirib ki, hazırda bu istiqamətdə işlər 3 prospektdə və 5 küçədə aparılır. Hazırda qurulan müasir gecə işıqlandırması sistemi görünüşü və qənaətcilliyi ilə seçilir. Bu da şəhərin görkəminə müsbət təsir göstərir, eləcə də daha az elektrik enerjisindən istifadə olunur.

İsmayıl Daşdəmirov-  Gəncə şəhər MKTİB-nin baş mühəndisi:  “Heydər Əliyev prospektində 43 ədəd yeni işıq dirəkləri quraşdırılıb, Atatürk prospektində 41 ədəd, Adil İsgəndərov küçəsində 29 ədəd işıq dirəyi quraşıdılb və işlər davam etdirilir. Eyni zamanda şəhərin Adil Ziyadxanov, Bağbanlar yaşayış massivində bu işlər davam etdirilir".

Qeyd edək ki, 2015-ci ilin 6 ayı ərzində şəhərin küçə və prospektlərində 550-yə yaxın işıq dirəyi quraşdırılaraq istifadəyə verilib.