• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4981
— 20.06.2015 12:18

Samuxda elektrik xəttləri SİP kabellərlə əvəz olunur

Samux rayonunda elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb. Əhalini fasiləsiz olaraq enerji ilə təmin etmək üçün yararsız işıq dirəkləri yenisi ilə əvəz olunur, müasir tələblərə cavab verən SİP kabellər çəkilir. Proqrama uyğun olaraq, istismar müddətini başa vuran transformatorlar da dəyişdirilir. İlkin olaraq işlərə Samux rayonunun mərkəzində yeni salınan yaşayış massivlərindən başlanılıb. Bu günədək 100-ə yaxın işıq dirəyi dəyişdirilib. Samux şəhərində işlər tam başa çatdırıldıqdan sonra ətraf kənd və qəsəbələrdə də yeni şəbəkənin qurulmasına başlanacaq.

Hüseyn Babayev- iş icraçısı: “İndi hal-hazırda yeni dayaqları basdırırıq. Dayaqlar betonlanandan sonra SİP kabellərin çəkilişinə başlayacağıq. Məqsədimiz yeni Nəbiağalını fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Ayın sonunadək yeni salınan yaşayış massivində işlər başa çatdırılacaq”.