Bu günə xəbərlərin oxunma sayı: 1052
— 20.06.2015 10:57

Plov

Kulinar Ağdaş mətəxinə aid toyuq döşəməli plovun hazırlanma qaydasını təqdim edir:

Yumru düyü - 5 kq.

Yağ  - 1 kq.

Kişmiş  - 300 q.

Gavalı qurusu - 300 q.

Şabalıd - 1 kq.

Toyuq - 2 ədəd

Soğan - 3 baş

Nar dənəsi - 1 st.

Zəfəran

Sarıkök

Qazmaq üçün

Yumurta 5 ədəd

Qatıq - 500 q.

Sarıkök

Hazırlanma qaydası: Düyünü təmizləyin və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Sonra üstünü örtəcək qədər ilıq su və üzərinə 1 xörək qaşığı duz töküb 1-2 saatlıq kənara qoyun.

Böyük qazanda su qaynadıb, duzladıqdan sonra düyünü əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın - hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, tam yumşaq olmamalıdır. Düyünü süzün, üzərində 1-2 stəkana yaxın düyünü ayırıb kənara qoyun.

Qazanda 1-2 xörək qaşığı kərə yağı əridin. Qazmaq üçün ayırdığınız düyünü, yumurta, qatıq və sarıkökü töküb bir az qarışdırın və qazanın dibinə yayın.

Sonra üzərindən toyuğu düzmək lazımdır. Bunun üçün axşamdan limon, soğan və duzla basdırılmış toyuq ətini qazmağın üərindən qazanın mərkəzinə düzün. Üstünə bir az duz, istiot, halqavari doğradığınız soğan və nar dənəsi səpin. Toyuğun kənarlarından yarıbişmiş şabalıdı da düzüb, qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq və ikisi də bir qədər yumuşalacaq.

Sonra toyuq və şabalıdın üstünə yağlanmış kiçik qapaq qoyub (düyü ilə toyuğun bir-birinə qarışmaması üçün) onun üzərinə düyünün bir hissəsini tökün. Kişmiş və gavalı qurularını ayrı-ayrı sellofan paketə doldurub, üzərinə nəhrə yağı əlavə edib, sellofanı bir az çəngəllə deşikləyib düyünün üzərindən qoyun. Yerdə qalan düyünü də meyvə qurularının üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 5-6 xörək qaşığı kərə yağı və ədviyyatlar səpin.

Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.

Plov vam odda təxminən 30 dəqiqə ərzində dəm almalıdır. Nuş olsun!