• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 19.06.2015 17:20

Daşkəsəndə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən tədbirdə 200-dən çox istehlakçı iştirak edib. Qeyd olunub ki, bu ilin yanvar-may aylarında həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötən, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 5 tona yaxın müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Konfransda Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verilib, istehlakçıların sualları cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.