• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1158
— 19.06.2015 15:00

ADAU və AMEA əməkdaşlıq müqaviləsi imzaladı

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesinin elmi tədqiqatlarla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyanın gücləndirilməsi, tələbə və magistrlərdə tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. İmzalanan müqavilədə birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində baza kafedrasının yaradılması nəzərdə tutulur. Həmçinin “Genetika”, “Biotexnologiya”, “Virusologiya”, “Seleksiya və toxumçuluq”, “Tərəvəzçilik” və “Meyvəçilik” sahəsində elmi yeniliklərin, innovasiyaların tədris prosesinə cəlb edilməsi, birgə elmi tədqiqatların aparılması ilə kadr hazırlığının həyata keçirilməsi də planlaşdırılır.

Zeynal Ələkbərov- AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru: “Müqavilənin əsas yaratdığı imkanlar ondan ibarət olacaq ki, elmin müasir sahələri üzrə yaradılmış imkanlardan ən müasir avadanlıqlardan istifadə eləməklə müasir dünya elmi səviyyəsində tədqiqatlar aparmaq imkanı yaradılması, ən müasir səviyyədə təhsilin təşkil olunmasıdı. Çünki biz artıq dünya elminə qovuşuruq”.