• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2362
— 19.06.2015 14:59

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Daşkəsəndə növbəti dəfə vətəndaşlarla görüşüb

Daşkəsən, Gəncə, Göygöl, Samux, Kəlbəcər rayonlarından olan vətəndaşların müraciəti əsasən daşınmaz əmlakın, torpaq sahələrinin dövlət qeydiyyatı barədə olub. Bir qisim vətəndaş isə işlə təmin olunma, torpaq sahələri, fərdi həyət evləri və mənzillər, kommersiya məqsədilə istifadə edilən qeyri-yaşayış sahələrinə çıxarış alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı müraciət edib. Həmçinin, komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı gələnlər də olub. Bəzi müraciətlərin qısa zamanda həll olunması üçün göstəriş verilib. Araşdırılması zəruri olan məsələlər isə qeydiyyata alınıb.