• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4777
— 19.06.2015 14:58

Göygöl rayonuna gələn turistlərin sayında artım müşahidə olunur

Bu il Göygöl rayonu ərazisinə 30 minə yaxın yerli və əcnəbi turistlərin gələcəyi proqnozlaşdırılır. Bu məqsədlə ərazidə mövcud olan iaşə və otel tipli istirahət məkanları hazırlıq vəziyyətinə gətirilib. Bu barədə Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsindən məlumat verilib. Bildirilib ki, birinci Avropa oyunları ilə bağlı Azərbaycana gələn turistlər artıq Göygöl rayonu ərazisinə üz tutmağa başlayıb. Qurum Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, Rumıniyadan gələn qonaqlar üçün bu il 7 marşrut xətti tərtib edib. Turist marşrutları Göygölün gəzməli və görməli yerləri ilə yanaşı tarixi abidələr zəngin olan məkanlardan da yan keçməyəcək. Rayon Mədəniyyət və Turizm Şöbəsi kənd turizmi ilə yanaşı əraziyə istirahət məqsədilə gələnlərin xərclərini də açıqlayıb.

Şərqiyyə Hümbətova -Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri: "Rayondakı turizm istirahət mərkəzlərində bir nəfərin oteldə qalması ortalama 70 manata başa gəlir. Həmçinin bir nəfərin yemək xərci gündə üç dəfə olmaqla 30 manat civarındadır. Kəndlərimizdə də gəlib qalanlar çox olur. Evlər şəxsi olduğundan burada qiymətlər razılaşma yolu ilə həyata keçirilir və qiymətlərdən turistlər narazı qalmırlar".