• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1702
— 16.06.2015 12:52

Qərb bölgəsində iyun ayı ərzində 5 nəfəri ilan sancıb

3-ü Qazax, 2-si Tovuz sakini olan zərərçəkənlər arasında azyaşlı uşaq da var. Rayon xəstəxanalarından verilən məlumata görə, havaların həddindən artıq isti keçməsi sürünənlərin fəallaşmasına və sakinləri sancmasına səbəb olub. Əsasən əkin sahələrində iş zamanı insanlar bilmədən ilanları tapdalayırlar, nəticədə ilansancma halları baş verir ki, vaxtında müdaxilə edilmədikdə ölümə səbəb olur. Yerli sakinlərin sözlərinə görə, sürünənlər əkin sahələri, kolluq ərazilərlə yanaşı, su hövzələrinə yaxın yerlərdə də gözə dəyir.

Həkimlər ilanvurma halı baş verən zaman dərhal xəstəxanaya müraciət edilməsini vacib sayırlar. İlanvurma zamanı tibb müəssisəsinə çatdırılan zərərçəkənə mütləq zəhər əleyhinə zərdab vurulmalıdır. Bütün bölgə xəstəxanaları bu preparatla təmin olunub.

İsti havalarda fəallaşan sürünənlər düşmənin təmas xəttinə yaxın yerlərdə yanğınlar törətməsi nəticəsində ərazilərimizə keçirlər. Bunu nəzərə alıb, istənilən ərazidə diqqətli olmaq vacibdir.

Rahim İbrahimoğlu