Bu günə xəbərlərin oxunma sayı: 893
— 13.06.2015 10:52

Kükü

Ərzaq: 4 ədəd soğan, 200 qr qoz ləpəsi, 1 x/q un, 8 ədəd yumurta, duz, istiot, bitki yağı.

Hazırlanması: Soğanı xırda-xırda doğrayıb üzərinə maşından keçmiş qozu əlavə edib qarışdırırıq. Kənarda yumurtanın içərisinə un, duz, istiot əlavə edib çalırıq. Çalınmış yumurtanın içərisinə soğan və qozu əlavə edib qarışdırırıq. Tavada yağı dağ edib kükünü töküb hər iki üzünü qızardırıq.