Bu günə xəbərlərin oxunma sayı: 893
— 13.06.2015 10:51

Sarımsaqlı badımcan

Ərzaq: 15 ədəd badımcan, 10 ədəd şirin bibər, 6 ədəd pomidor, 200 qr sarımsaq,1 x/q. nanə qurusu, bitki yağı, duz,istiot.

Hazırlanması: Badımcanı soyub dilim-dilim doğrayıb duzlayıb kənara qoyuruq, sonra pomidoru və soğanı doğrayırıq. Sarımsaq isə ət maşınından keçirilib içərisinə nənə qurusu əlavə edilir. Hazır doğranmış tərəvəzləri hazırlamağa başlayırıq. Əvvəl tavaya bitki yağı əlavə edib sarımsağı qızardıb kənara qoyuruq. Sonra duzlanıb acı suyu çıxmış badımcanları qızardırıq. Pomidor ilə bibər qızarmalı deyil. Ən son başlayırıq tərəvəzlərı lay-lay tavaya yığıb aralarına sarımsaq əlavə etməyə. Hazır yemək 20 dəqiqə tərəvəzlərin dadları bib-birinə çıxması üçün dəmə qoyulur.