• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 08.06.2015 15:49

İlan və digər həşarat sancmaları zamanı nə etmək lazımdır?

Havaların istiləşməsi ilə əlaqədar bəzi zəhərli həşaratların və ilanların insanları sancması halları artır. Xüsusən də rayon və kənd yerlərində əkin sahələrində çalışanlar üçün təhlükə daha çoxdur.

Hər il yay mövsümü ərzində demək olar ki, respublikanın müxtəlif regionlarından ilan sancması ilə bağlı xəbərlər eşidirik. Xüsusən də belə hallarla kəndlərdə əkin-biçinlə məşğul olan insanlar daha çox üzləşirlər. Bu da təsadüfi deyil. İlanlar və zəhərli həşaratlar məhz belə yerlərdə gizlənir və yaxud da yaşayırlar. Ötən il Göygöl rayonunda yay mövsümü ərzində 2 ilansancma faktı qeydə alınsa da, bu il hələlik xəstəxanaya bununla əlaqədar müraciət edən olmayıb.

Eldar Muradov- həkim: “Ümumiyyətlə mövsümlə əlaqədar olaraq yay aylarında ilan və digər həşarat sancmalara tez-tez rast gəlinir. Birinci növbədə belə xəstələrə yerlərdə ilkin yardım göstərilməlidir. Ən vacib olanı isə həmin zəhərə qarşı  mütləq şəkildə vaksin terapiya aparılmalıdır”.

Bu il rayonda ilansancma faktı qeydə alınmasa da, Göygöl Mərkəzi Rayon Xəstəxanası belə hallara qarşı bütün lazımi dərman preparatları və zəhər əleyhinə zərdablarla təmin edilib. Baş verə biləcək bellə hallara qarşı xəstəxana tam hazırdır.

Elton Cabbarlı