• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 876
— 08.06.2015 13:21

Gəncə şəhərində Miniatür Kitab Muzeyinin filialı yaradılacaq

Bu haqda Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova məlumat verib.

Bakıda İçərişəhərdə, Şirvanşahlar sarayının yaxınlığında yerləşən Miniatür Kitab Muzeyi 2002-ci ildən fəaliyyət göstərir. Muzey ictimai xadim Zərifə Salahovanın 30 ildən artıq müddətdə topladığı nadir kolleksiyanın əsasında yaradılıb. Burada 38 vitrində, 66 ölkədə nəşr edilən 5600-dən artıq miniatür kitab nümayiş etdirilir. 2014-cü il dekabrın 18-də Naxçıvan Muxtar Respublikasında Muzeyinin filialı açılıb. Növbəti filialın isə yaxın vaxtlarda Gəncədə açılması planlaşdırlır.

Zərifə Salahova- Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru:  “Gəncə Heydər Əliyev mərkəzinin 3-cü mərtəbəsində Miniatür Kitab Muzeyinin filialını yaradacağıq. Orada 660-ya yaxın kitab yerləşəcək. Eyni zamanda Ginnesin Rekordlar Kitabının sertifikatının bir nüsxəsi də orada nümayiş olunacaq”.

Muzeyin Gəncə filialında dünyanın 20-dən artıq ölkəsində nəşr edilən miniatür kitablar nümayiş olunacaq.

Qeyd edək ki, muzey dünyada ən böyük miniatür kitab kolleksiyasına sahib olduğuna görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Gülnar Fazilqızı