• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 08.06.2015 12:06

Gəncədə erməni diversantın apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir

Gəncə Apelyasiya Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin məhkəmə prosesi başlayıb. Mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni kəşfiyyatçıya oxunan hökm üzrə verilən apelyasiya şikayətinə hakim Teyyub Muxtorvun sədrliyi ilə keçirilən prosesdə baxılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilən Arsen Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətində  azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Arsen Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.