• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 07.06.2015 14:55

Gəncənin ilk elmi dərəcəli sənətşünas alimi Rauf İsmayılzadə vəfat edib

Gəncənin ilk elmi dərəcəli sənətşünas alimi, Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf İsmayılzadə 79 yaşında vəfat edib. Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə bölməsinin nümayəndələri ilə yanaşı şəhər ictimaiyyəti və ziyalılar iştirak edib.

Qeyd edək ki, Rauf İsmayılzadə 40 il ərzində pedaqoji fəaliyyətlə yanaşı, elmi yaradıcılıqla da məşğul olub. O, 500-dən artıq elmi və publisistik məqalənin, 20-ə yaxın kitabın müəllifidir.