• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1557
— 06.06.2015 12:26

Gəncənin Məhsəti qəsəbəsinin qazlaşdırılması işləri davam edir

Gəncənin Məhsəti qəsəbəsini mavi yanacaqla təmin etmək üçün qaz xəttlərinin çəkilişinə başlanılıb. Mənzillərə yeni sayğaclar da quraşdırılır.

Məhsəti qəsəbəsində məhəllədaxili küçələrə 2000 metr uzunluğunda yeni qaz xəttləri çəkilib, mənzillərə 200 ədəd sayğac quraşdırılıb. Bununla yanaşı, köhnə qaz xəttləri və sayğaclar da yeniləri ilə əvəzlənir. İşlər Gəncə şəhər Qaz İstismarı İdarəsinin 3 briqadası tərəfindən aparılır.

Məhəmməd Allahverdiyev- mühəndis: “Məhəllədaxili, evlərin içindən, məhəllələrlə gedən, pərakəndə şəkildə olan standarta uyğun gəlməyən qaz xəttlərini standarta uyğun qaz xəttləri ilə əvəzləyirik. Əhalinin istifadə  etdiyi köhnə sayğacları yeniləri ilə dəyişirik”.

Qəsəbədə hər küçəyə qaztənzimləyicilər də quraşdırılır. İşlərin keyfiyyətlə və tez bir zamanda başa çatdırılması, sakinlərin mavi yanacaqla tam təmin edilməsi planlaşdırılır.

Məhsəti qəsəbəsində 26 küçə var. Hal-hazırda qəsəbənin 8 küçəsi mavi yanacaqla təmin edilib. Qış mövsümünə kimi 18 küçəyə də qaz veriləcək. Elnur Vahidoğlu