Bu günə xəbərlərin oxunma sayı: 1050
— 06.06.2015 11:24

Pip dolması

500 qr. ət

100 qr. düyü

Keşniş, şüyüd, nanə

Duz, istiot

Pip (Vələs) yarpağı

Hazırlanma qaydası: Dolmanın içliyini hazırlamaq üçün əti ətçəkən maşından keçirib, üzərinə düyü, doğranmış soğan, keşniş, şüyüd, duz və istiot əlavə edib, əlinizlə yaxşıca qarışana qədər yoğurun.

Yarpağı hazırlayın. Əgər təzə pip yarpaqdan istifadə edirsinizsə bunun üçün qazanda su qaynadın. Yarpaqları hissə-hissə qaynayan suda təxminən 1 dəqiqə ərzində saxlayın. Rəngi dəyişəndə sudan çıxarıb süzüb, saplaqlarını kəsin. Və yaxud da duza qoyulmuş yarpaqlardan istifadə etmək olar, bunun üçün hazır yarpaqları ilıq su ilə yumaq kifayətdir.

Hər yarpağın ortasına təxminən 1 çay qaşığı içlik qoyun. Bir əlinizdə dolmanı tutun, o biri əlinizlə isə yarpağı uzunsov formada bükün.

Bükülmüş dolmaları qazanda bir-birinə yaxın və lay-lay düzün. Qazana təxminən 1 stəkan su töküb ocağa qoyun. Dolmalar əvvəlcə yüksək odda qaynamalıdırlar. Qaynayan kimi, ocağın hərarətini azaldın və dolmanı vam odda təxminən 1 saat 30 dəqiqə ərzində bişirin. Dolmaların suyu çəkilib, yağa düşdükdə yemək hazır olmuş sayılır. Yeməyi süfrəyə isti halda təqdim edin. Yanınsa sous kimi sarımsaqlı və ya sadəcə qatıq da vermək olar. Nuş olsun!