• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1801
— 05.06.2015 16:44

Təhsil Nazirliyi tərəfindən Göygöldə yaşayan 1250 kəlbəcərli ailəyə sovqat paylanılıb

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Təhsil Nazirliyi tərəfindən Göygöldə yaşayan 1250 kəlbəcərli ailəyə bayram sovqatı verilib. Bu ənənəvi tədbir ildə 4 dəfə əlamətdar günlərdə keçirilir. Ərzaq yardımı nazirlik nümayəndələrinin və Kəlbəcər rayon İcra Hakimiyyəti işçilərinin iştirakı ilə Göygöldə 2 saylı internat məktəbində müvəqqəti yaşayan 162  məcburi köçkün ailəsinə təqdim olunub. Sabah isə Göygöl rayonunun Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşan Kəlbəcərdən olan 1088 məcburi köçkün ailəsinə ərzaq yardımı paylanılacaq.

İlyar Vahabov - Təhsil Nazirliyinin nümayəndəsi: “Bu ənənə cənab prezidentin tapşırığı ilə həyata keçirilir. Azərbaycan təhsil sistemində çalışan əməkdaşların öz hesabınadır. Biz arzulayırıq ki, bu proses qısa müddətli olsun. Qısa müddətdə torpaqlarımız qaytarılacaq. Məcburi köçkünlər öz torpaqlarına gedəcək. Arzu edirik ki, biz burada yox, onların özlərinin yaşadıqları ərazidə qonaq olaq”.