• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 05.06.2015 15:45

Gəncədə Əmlak Məsələləri Dövlət Komitəsi “Açıq qapı günü” keçirib

Gəncədə Əmlak Məsələləri Dövlət Komitəsi "Daşınmaz əmlakın qeydiyyatında bir pəncərə və ictimai məmnunluq" adlı “Açıq qapı günü” keçirib. Bir qrup imtiyazlı vətəndaşa yeni formatda çıxarışlar elə onların mənzillərində təqdim olunub.

Gəncədə keçirilən “Açıq qapı günü” ictimai fəallığı və əhəmiyyəti ilə diqqət çəkib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeydiyyat və torpaq idarəçiliyi sahəsində həyata keçirilən lahiyələr yüksək qiymətləndirilib. Qeyd olunub ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik, qeydiyyatda bir pəncərə prinsipi tətbiq edilir. Artıq vətəndaşların daşınmaz əmlak üzərində hüquqları vahid ünvanda qeydə alınır. Vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflıq təmin olunur. Tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Fayəddin Məmmədov -müraciətçi: "Neçə vaxtdır əmlakım üçün çıxarış istəyirdim. Hara gedirdim getgələ salırdılar. İndi isə heç bir yerə getmədən bizim sənədlərimizi yerindəcə həll edərək təqdim elədilər".

Rüstəm Əsgərov -müraciətçi: "Daşınmaz Əmlaka müraciət etmişdim ərizə ilə evimin texniki pasportunu alınması üçün. Sağolsunlar mobil xidmət vasitəsilə mənim sənədlərimi tez bir zamanda hazırlayaraq verdilər".

Tədbir çərçivəsində Gəncədə yaşayan 200-ə yaxın imtiyazlı vətəndaşa, əlillərə torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar elə onların öz mənzillərində təqdim olunub. 50-dən çox vətəndaşın müraciəti əsasında onların sənədləri dövlət qeydiyyatına alınması və çıxarışların verilməsi üçün qəbul edilib. Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi son 2 ayda Zaqatala, Beyləqan və Şamaxı rayonlarında da analoji tədbirlər keçirib.

 

Xaliq Qurbanlı